Qurdlar vadisi: İraq
Film həqiqi hadisələr əsasında çəkilib. 4 iyul tarixində amerikalı hərbi dəstənin bir qismi müttəfiqlərin dostluq səfəri olduğunu zənn edən gizli türk bazasına hücum edir. Lakin nəticə heç də belə olmur. Amerikalılar üçün onlar regiondakı yeganə qüvvə idi və həmin gün on bir türk əsgəri başları bağlı şəkildə, ləyaqətlərinə və şərəflərinə hörmətsizlik göstərilərək, yerli sakinlərin gözü qarşısında deportasiya edilir. Onların komandiri leytenant Süleyman Aslan bu utanca dözmür və həyatına son qoyur. Özünün son məktubunda o, köhnə dostu, təcrübəli türk xüsusi xidmət agenti Polat Alemdara müraciət edir. Polat dostunun son arzusunu yerinə yetirməkdən imtina edə bilmir və Şimali İraqa yollanır ki, onun dostunun ləyaqətini alçaldan və həyatına son qoymağa məcbur edənləri tapıb cəzalandırsın. Orada gördükləri isə amerikalıların rəsmi versiyasından çox fərqli idi və onu dərinlikdən sarsıdır. Süleymanın utancına və insanlığa qarşı çoxsaylı digər cinayətlərə amerikalı xüsusi təyinatlıların komandiri Sem Uilyam Marşall səbəb olur. Polatın yolunda Marşallın çoxsaylı qurbanlarından biri olan gənc qız Leyla ilə qarşılaşır və ədalət və intiqam axtarışında onlar hər şeyə hazırdırlar.