Cəsarətsizlər
{{HTML0}} XV əsrin ortaları. Osmanlı İmperiyasının çiçəklənməsi. İmperiyaya sadiq Vlad Tsepeş Osmanlı sultanı Fateh Mehmed II tərəfindən vassal Vallaxiyaya hökmranlıq etmək üçün təsdiq edilir. Lakin tezliklə gənc gospodarın türklerle amansızlıqla rəftar etməyə və onları torpaqlarından çıxarmağa başlaması, qəzəblənmiş sultan tərəfindən göndərilən elçini isə başından dirəyə sancılmış şəkildə geri qaytarması Fatehi xüsusi bir dəstə yaratmağa vadar edir. Bu dəstə imperiyanın ən yaxşı yeddi döyüşçüsündən ibarət idi və "Cəsarətsizlər" adlandırılırdı. Heyvan dərilərinə bürünmüş, arxalarında karkaslı qanadları olan osmanlı döyüşçüləri- dəliilər həmişə sərt xasiyyətləri ilə fərqlənirdilər. Onlar sultanın hər bir əmrinə əməl edərdilər və indiki missiyaları isə Vallaxiyanın hökmdarını məhv etmək idi.