Gözlənilməzlik
Selma və Sinan bir-birlərini çəkə bilmirlər. Bu vaxt onların oğlu Umut özünü göstərməyin yollarını axtarır. Umut məzun sinifinin şagirdidir. Məktəbdə Umutun qeyri-adi cinsi meyilləri olduğu barədə şayiələr yayılmağa başlayır! Selma və Sinan ailə problemlərini həll etməyə çalışarkən, Umut məktəb dedi-qoduları səbəbindən itir. Selma və Sinan oğullarını axtarmağa başlayırlar. Uşağı tapmaq cəhdləri zamanı onlar çoxdan özlərini itirdiklərini anlayırlar.